Hacı Muradın kəlləsi basdırılmaq üçün Azərbaycana verilə bilər

Hacı Muradın kəlləsi basdırılmaq üçün Azərbaycana verilə bilər Nazir onun qalıqlarının araşdırılması və yenidən dəfn edilməsi üzrə xüsusi komissiyanın yaradılması haqqında əmr imzalayıb
Mədəniyyət siyasəti
26 Noyabr , 2015 16:26
Hacı Muradın kəlləsi basdırılmaq üçün Azərbaycana verilə bilər

Bakı. 26 noyabr. REPORT.AZ/ Şeyx Şamilin məşhur silahdaşı Hacı Muradın kəlləsi basdırılmaq üçün Azərbaycana göndərilə bilər.

"Report" RBK-ya istinadən xəbər verir ki, Hacı Muradın qalıqlarının araşdırılması və yenidən dəfn edilməsi üzrə fəaliyyəti xüsusi idarələrarası komissiya həyata keçirəcək. Bu komissiyanın yaradılması haqqında əmri Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski imzalayıb.

Hacı Muradın qalıqlarının araşdırılması və yenidən dəfn edilməsi üzrə xüsusi komissiyanın heyətinə 20-dən çox insan, o cümlədən I Pyotr adına Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera), Rusiya Elmlər Akademiyasının N.N.Vavilov adına Ümumi Genetika İnstitutunun və Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları daxil edilib.

Qeyd edək ki, 1852-ci ildə öldürülmüş Hacı Muradın kəlləsi mumiyalaşdırılaraq uzun müddət Sankt Peterburqda - əvvəlcə Hərbi-Tibb Akademiyasının muzeyində, ardından Kunstkamera, sonra isə Dövlət Din Tarixi Muzeyində saxlanılıb. 2000-ci illərin əvvəllərində eksponat Rusiya Elmlər Akademiyasının xüsusi saxlanc anbarına göndərilib. Hacı Muradın başsız bədəni isə Azərbaycanda, Şəkinin Nuxa kəndi yaxınlığında basdırılıb.

Son xəbərlər

Orphus sistemi