Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına abidənin ucaldılmasına vəsait axtarılır

Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına abidənin ucaldılmasına vəsait axtarılır Tbilisi. 15 oktyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya həsr olunmuş abidənin ucaldılması üçün maliyyə vəsaiti axtarılır.
Mədəniyyət siyasəti
15 Oktyabr , 2018 13:43
Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına abidənin ucaldılmasına vəsait axtarılır
0 : 00
0 : 00

Tbilisi. 15 oktyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya həsr olunmuş abidənin ucaldılması üçün maliyyə vəsaiti axtarılır.

Bu barədə “Report”un Gürcüstan bürosuna açıqlamasında bu ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori bildirib.

Onun sözlərinə görə, hazırda abidənin harada qoyulması və bunun üçün tələb olunan maliyyə vəsaiti ilə bağlı müzakirələr aparılır: “Abidə layihəsi hazırdır. Layihənin maliyyə hesabatı da hazırlanıb və məbləğ elə də böyük deyil. Abidənin ucaldılmasını maliyyələşdirəcək sponsor tapmaq istəyirik. Çalışacağıq ki, Xudu Borçalıya həsr olunmuş abidənin ucaldılması məsələsi tezliklə həllini tapsın”.

Qeyd edək ki, Xudu Borçalı gürcü çarı II İraklinin yaxın dostu olub. Gürcüstanın yadellilərdən azad olunmasında azərbaycanlı sərkərdənin böyük xidmətləri olub.

Xudu Borçalıya həsr olunmuş abidənin müəllifi tanınmış gürcü heykəltaraş Giorgi Jqentidir. Abidənin Tbilisi və ya Marneulidə qoyulması nəzərdə tutulub. Layihəyə əsasən, xalq qəhrəmanının heykəlinin arxa hissəsində Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların soyadlarının əks olunduğu lövhə yerləşdiriləcək.

Tbilisinin Qldani rayonunda və azərbaycanlıların sıx yaşadığı Marneulidə Xudu Borçalının adını daşıyan küçə var. 

Son xəbərlər

Orphus sistemi