Gəncədə "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında tədbir keçirilib - YENİLƏNİB - VİDEO

Gəncədə "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında tədbir keçirilib - YENİLƏNİB - VİDEO Foto və video əlavə olunub
Mədəniyyət siyasəti
25 May , 2018 23:19
Gəncədə Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında tədbir keçirilib - YENİLƏNİB - VİDEO

Foto və video əlavə olunub


***20:31

Gəncə. 25 may. REPORT.AZ/ Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

"Report"un Qərb bürosu xəbər verir ki, "Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra AXC-nin 100 illiyi münasibətilə müasir tələblər səviyyəsində yenidən qurulan "Azərbaycan Xalq Cümhuriyyəti" muzeyinə baxış keçirilib. 1918-ci ildə AXC-nin Nazirlər Kabineti məhz bu binada fəaliyyət göstərib. 6 otaqdan ibarət olan müzeyin 4 otağında həmin dövrü əks etdirən eksponatlar nümayiş olunur. Onların içərisində həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar diqqət çəkir. AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də nümayiş olunan eksponatlar sırasındadırlar. Müzeydə Cümhuriyyətin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri Fətəli xan Xoyskinin iş otağı da qorunub saxlanılıb. Burada nazirin yazı masası və şəxsi əşyaları də nümayiş olunur.

Digər iki otaqda isə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin AXC-yə verdiyi qiymət və göstərdiyi münasibətin əyani sübutları yer alır.

Qeyd edək ki, Gəncə şəhərinin Heydər Əliyev Park-Kompleksində xüsusi ssenari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim keçirilir.

Son xəbərlər

Orphus sistemi