Gənc Tamaşaçılar Teatrı yeni mövsümə "Dəcəl keçi" tamaşası ilə başlayacaq

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə "Dəcəl keçi" tamaşası ilə başlayacaq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni mövsümün ilk tamaşası sentyabrın 19-da nümayiş olunacaq.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2019 13:07
Gənc Tamaşaçılar Teatrı yeni mövsümə Dəcəl keçi tamaşası ilə başlayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni mövsümün ilk tamaşası sentyabrın 19-da nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ilk tamaşa Pərvin Nurəliyevanın "Dəcəl keçi" pyesi əsasında təqdim olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanovadır. Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulan tamaşanın əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.  

Setyabrın 27-də isə "Cəza" (kiçik səhnə) tamaşası təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi