Gənc Tamaşaçılar Teatrı beynəlxalq tədbirdə iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxalq tədbirdə iştirak edəcək Yay Teatr Məktəbini Rusiya Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyi təşkil edib
Mədəniyyət siyasəti
26 May , 2015 15:09
Gənc Tamaşaçılar Teatrı beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək. 

Teatrdan "Report"a verilən məlumata görə, yay məktəbində teatrın iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyev iştirak edəcək.

İyunun 1-dən - 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq yay məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 81 nümayəndənin iştirakı nəzərdə tutulub.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər, tanınmış teatr xadimlərinin ustad dərsləri də təşkil ediləcək. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin, eləcə də Vyaçeslav Polunin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov, İqor Zolotovitski və başqalarının rəhbərliyi ilə baş tutacaq.

Qeyd edək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bu günədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi