​Fransa səfirliyində azərbaycanlı rəssamın sərgisi keçirilib

​Fransa səfirliyində azərbaycanlı rəssamın sərgisi keçirilib Paskal Monye: sərgi rəssamın Fransa mədəniyyətinə dərin rəğbətini göstərir
Mədəniyyət siyasəti
16 Sentyabr , 2015 07:31
​Fransa səfirliyində azərbaycanlı rəssamın sərgisi keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda "Lyubov Mircavadova və Fransa" adlı sərginin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, sərgi Fransanın Azərbaycandakı səfirliyində buradakı Fransız İnstitutunun dəstəyi ilə təşkil olunub.

Sərgini giriş sözləri ilə açan Fransanın Azərbaycandakı səfiri Paskal Monye hamını Azərbaycan rəssamı Lyubov Mircavadovanın əsərləri ilə tanış olmağa dəvət edib. Onun sözlərinə görə, Bakıda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə böyük önəm verildiyini müşahidə edib. Səfir L.Mircavadovanın incəsənətə töhfə verdiyini qeyd edib. P. Monyenin sözlərinə görə, bu sərgi rəssamın Fransa mədəniyyətinə olan dərin rəğbətini nümayiş etdirir.

1949-cu ildə Bakıda doğulmuş Lyubov Mircavadova böyük Azərbaycan rəssamı Cavad Mircavadovun həyat yoldaşı və ilham pərisidir. 2005-ci ildə o, həyat yoldaşının xatirəsinə həsr olunmuş monoqrafiya tərtib edib.

Son xəbərlər

Orphus sistemi