Bakı. 10 sentyabr. REPORT.AZ/
"Rerort" xəbər verir ki, nümayəndə heyətinə BMTSA-nın ali nümayəndəsinin ofisinin rəhbəri Nihal Saad rəhbərlik edir.
Səfər çərçivəsində sentyabrın 9-da nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüş keçirilib.
Görüşdə foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, həmçinin ümumilikdə Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Nümayəndə heyətinin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Görüş zamanı razılaşdırılmış məqamlar forumun keçirilməsi barədə müqavilənin mətnində öz əksini tapacaq.
Qeyd edək ki, BMTSA-nın 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Forumda BMT üzv ölkələri, qurumun sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilir.