Yuxarı

DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI

DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI

Bakı. 19 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Hüseynova Elmira Bahadur qızı

Əsədova Nailə Əsəd qızı

İsmayılov Zakir Xeyrulla oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı

Tağıyeva Leyla Əliyevna.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi