Yuxarı

Daimi nümayəndə: "Cəmiyyətdə sülhü, mədəniyyəti daha çox təşviq etməliyik"

Daimi nümayəndə: "Cəmiyyətdə sülhü, mədəniyyəti daha çox təşviq etməliyik"

"Günbəgün cəmiyyət daha da müxtəlif olur. Həyatın müxtəlif sahələrində fikir və düşüncələr dəyişir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq" mövzusunda keçirilən plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxtəlifliyin fərqli konsepsiyaları tolerantlığı inkişaf etdirməkdir: "Yeni Zelandiya və Şri-Lankada baş verən son hadisələr fərqli ideologiyalara qulluq edən insanların belə qətliamlar törətdiyini göstərdi. Bu anda Azərbaycanın tolerantlıq modelinə müraciət etmək istiyirəm. Tarixən Azərbaycan sivilizasiyaların qovşağında yerləşərək insanların sülh şəraitində yaşamasına zəmin yaradıb. Bu adət-ənənələri necə gəldi qəbul etməmişik. Sülh şəraitində insanların birgə yaşaması Bakının digər ölkələrə gözəl nümunəsidir".

A.Kərimov qeyd edib ki, dünyada baş verən proseslər bu sahədə görülən işlərin kifayət etmədiyini göstərir: "Hesab edirəm ki, cəmiyyətdə sülhü, mədəniyyəti daha çox təşviq etməliyik. Dialoqa, sülhün təbliğatına investiyaların yatırılmasını artırmaq lazımdır. Biz buna zəmin yaratmalıyıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi