Yuxarı

Daha 8 nominasiya UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib, ikisi geri qaytarılıb

Daha 8 nominasiya UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib, ikisi geri qaytarılıb

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Koreyanın SeovonYeni Konfutsi Akademiyası, Kanadanın daşlar üzərində yazı olan əyalət parkı, Çexiya və Almaniyanın Krusnohori dağ-mədən regionu, Myanmanın Bagan şəhəri, Yaponiyanın Mozu Furuichi Kofun Gruop-qədim yapon mədəniyyətini əks etdirən məzarlıq, Laos Demokratik Respublikasının Xienghuang tarixi ərazisi, Çexiyanın Kladrubi Nad-Labem mərasim atlarının təlimi və yerləşdirilməsi, Almaniyanın Auqsburq su idarəetmə sistemi ilə bağlı nominasiyaları müzakirə olunub.

"Report" xəbər verir ki, nominasiyanı təqdim edən ölkələr layihə barədə məlumat veriblər.

Bildirilib ki, bu tarixi yerlərin mühafizəsi, qorunub saxlanılması vacibdir.

Müzakirələrdən sonra nominasiyalar üzrə ayrı-ayrılıqda səsvermə keçirilib və həmin ərazilər UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Avstriyanın Grossglokner-yüksək Alp dağları yolu, Avstriya, Macarıstan, Almaniya və Slovakiyanın Qədim Roma imperiyasının sərhədləri ilə bağlı təqdim etdikləri nominasiya isə siyahıya daxil edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi