Yuxarı

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub
© Report/Elchin Murad

Bakı. 28 noyabr. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

“CinemaPlus"dan "Report"a verilən məlumata görə, əyləncə proqramının tərkib hissəsi olaraq uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilində dublyaj olunmuş “Sirli Toy Store” cizgi filmini izləyiblər.

Dublyajın rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdülhəsənov, səs rejissoru Orxan Ağalarov, redaktor və tərcüməçi Vüqar Hüseynov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini Rövşən Məmmədli, Elşən Rüstəmov, Elman Rəfiyev, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Vüsal Mustafayev, Vüsal Hacıqədir, Vaqif Aslanov, Müşviq Mirzəzadə, Vüqar Hüseynov, Mətanət Abbas, Nəcibə Hüseynova, Nəzakət ŞahbaziZemfira Əbdülsəmədova səsləndiriblər.

Uşaq rollarını Cavad, Səid Cahangir dublyaj ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi