Yuxarı

Böyük Qala küçəsində yeraltı hamam kompleksinin bərpası yekunlaşıb

Böyük Qala küçəsində yeraltı hamam kompleksinin bərpası yekunlaşıb
© Report / Sultana Ahmadbayli — Əsgər Ələkbərov

"Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və bu ilin ortalarına kimi bitməsi nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.

Ə.Ələkbərov deyib ki, Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında aparılan işlərin tərkib hissəsi olan Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb: "Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb".

Sədr vurğulayıb ki, ötən il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi