Yuxarı

BMT-də Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçiriləcək

BMT-də Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsinə həsr edilmiş konfrans keçiriləcək
Konfransda Azərbaycanın milli və dinlərarası tolerantlıq təcrübəsi təqdim ediləcək

Cenevrə. 2 oktyabr. REPORT.AZ/ BMT-də Cenevrə sülh həftəsi çərçivəsində "Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" mövzusunda konfrans keçiriləcək.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, tədbir Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə 7 noyabr tarixində BMT-nin İsveçrənin Cenevrə şəhərindəki igamətgahında baş tutacaq.

Sülhə və təhlükəsizliyə maneələrlə dolu müasir kritik global dövrümüz üçün aktual mövzuya həsr edilmiş konfransda Azərbaycanın mədəniyyətlər və dinlərarası tolerantlıq təcrübəsi təqdim ediləcək. Tədbirdə, həmçinin münaqişələrin həllində mədəniyyətlərarası dialoqun Azərbaycanın dövlət siyasətində uğurlu tətbiqindən danışılacaq.

Konfransda BMT-nin xüsusi jurnalının redaktoru Aleksandr Mejia, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Romanın Sapyenza Universitetinin professoru Daniel Pomyer Vinçelli və digər şəxslər iştirak edəcəklər.

Vüsalə İsmətqızı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi