Yuxarı

Bilal Ərdoğan: "Mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər" - FOTO

Bilal Ərdoğan: "Mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğ

"Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq". 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bunu Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəy rayonunda keçirilən “Milli Yaylaq Festivalı”nda çıxışı zamanı deyib. 

Festival iştirakçılarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan B.Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib.

O, əlavə edib ki, Azərbaycan xüsusi ilə idman, mədəniyyət və digər sahələrdə çox vacib tədbirlərə ev sahibliyi edib: "Xeyli vaxtdır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir. Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəsilə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi