Bakı. 27 fevral. REPORT.AZ/ Batumidə Azərbaycan mədəniyyət günləri keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti
"Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır. Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var", - deyə xanım dövlət başçısı qeyd edib.
S.Zurabişvili bu gün turizmin inkişafı haqqında da fikir mübadiləsi aparıldığını söyləyib: "Turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır. İnanıram ki, bu, başlanğıcdır, yeni, daha sıx əlaqələrimizin başlanğıcıdır".