Yuxarı

Baş katib: "İƏT sivilizasiyalararası dialoqun inkişafına dəstək verməyə davam edəcək"

Baş katib: "İƏT sivilizasiyalararası dialoqun inkişafına dəstək verməyə davam edəcək"
İslam Əməkdaşlıq Təşkilatı insanlar arasında qarşılıqlı anlaşma prinsiplərinin yayılmasına ciddi töhfə verir

Bakı. 5 may. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatı (İƏT) insanlar arasında qarşılıqlı anlaşma prinsiplərinin yayılmasına ciddi töhfə verir".

"Report" xəbər verir ki, bunu İƏT-in baş katibi Yusif əl-Osaymin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.

O, İƏT-in ekstremizm və terrorizmə qarşı fəal mübarizə apardığını sözlərinə əlavə edib.

Baş katibin sözlərinə görə, İƏT sivilizasiyalararası dialoqun inkişafına dəstək verməyə davam edəcək. "Bunu özümüz üçün mühüm vəzifə hesab edirik", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi