Bakı. 11 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan iki mədəniyyət evinin direktoru işdən çıxarılıb.
Bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.
İdarədən bildirilib ki, Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğlu və Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru Həsənov Kənan Tahir oğlu idarənin müvafiq əmri ilə tutduqları vəzifədən azad olunub.