Yuxarı

Bakıdakı iki mədəniyyət evinin direktoru işdən çıxarılıb

Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru və Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru vəzifədən azad olunublar

Bakı. 11 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan iki mədəniyyət evinin direktoru işdən çıxarılıb. 

Bu barədə "Report"a idarənin mətbuat xidmətindən məlumat verilib.

İdarədən bildirilib ki, Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğlu və Ş.Ələkbərova adına Mədəniyyət evinin direktoru Həsənov Kənan Tahir oğlu idarənin müvafiq əmri ilə tutduqları vəzifədən azad olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi