Yuxarı

Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka keçirilib

Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka keçirilib
Yarmarkada iştirakçı ölkələrin tarixi ilə bağlı milli suvenirlər, bukletlər, kitablar təqdim olunub
© Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda Ümumdünya Turizm Günü ilə bağlı bir sıra xarici səfirliklərin iştirakı ilə yarmarka təşkil edilib.

"Report" xəbər verir ki, tədbir Qız Qalası yaxınlığında, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun ərazisində keçirilib.

Tədbirdə Türkiyə, İran, Özbəkistan, Macarıstan, Polşa, Hindistan, Meksika, Rusiya, Cənubi Koreya, Yunanıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.

Yarmarkada iştirakçı ölkələrin tarixi ilə bağlı milli suvenirlər, bukletlər, kitablar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi