Yuxarı

Bakıda Türk Filmləri Həftəsi keçiriləcək

Bakıda Türk Filmləri Həftəsi keçiriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda Türk Filmləri Həftəsi keçiriləcək.

“Report”un məlumatına görə, tədbirin açılışı noyabrın 16-da Nizami Kino Mərkəzində baş tutacaq.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Yerli Düşüncə Dərnəyinin sədri Mətin Gündoğdunun da iştirakı nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Türk Filmləri Həftəsi noyabrın 20-nə kimi davam edəcək.

Qeyd edək ki, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yerli Düşüncə Dərnəyi tərəfindən təşkil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi