Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb

Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib
Mədəniyyət siyasəti
16 Noyabr , 2017 13:08
Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ “BakuBus” avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilir) aid maddi mədəniyyət numunələri - gümüş və mis pullar tapılıb.

“Report”un xəbərinə görə, bu barədə “BakuBus”ın mətbuat katibi Mənsur Piriyev bildirib.

Mətbuat katibi qeyd edib ki, bununla bağlı Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib: “Tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq”.

Son xəbərlər

Orphus sistemi