Bakıda Moskva günləri keçirilib

Bakıda Moskva günləri keçirilib Azərbaycan Dövlət Rus Dram Teatrında Moskvanın Yeni il qabağı təqdimatı keçirilib
Mədəniyyət siyasəti
16 Dekabr , 2015 17:41
Bakıda Moskva günləri keçirilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Moskvanın Yeni il qabağı təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat zamanı "Mənim Moskvam" adlı fotosərginin nümayişi keçirilib. Tədbir iştirakçıları həmçinin "Sizin gözünüz Moskva" layihəsi çərçivəsində virtual qaydada Moskvaya səfər edib.

Qonaqlar üçün "Moskva yarmarkası" adlı əyləncə proqramı təqdim edilib, uşaqlar və böyüklər üçün "Bayram əhval-ruhiyyəsi" master-klassı keçirilib.

Ardından "Səs" televiziya müsabiqəsinin qalibi Sergey Volçkovun konserti baş tutub və o, Müslüm Maqomayevin mahnılarını ifa edib.

Son xəbərlər

Orphus sistemi