Bakıda Maslenitsa bayramı qeyd olunur - FOTO

Bakıda Maslenitsa bayramı qeyd olunur - FOTO Bu il qışla vidalaşmanın rəmzi olan bu bayram fevralın 20-dən 26-dək keçiriləcək
Mədəniyyət siyasəti
20 Fevral , 2017 17:44
Bakıda Maslenitsa bayramı qeyd olunur - FOTO

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda Maslenitsa bayramı qeyd olunur.

"Report" Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) istinadən xəbər verir ki, Bakıda "Modern" təhsil kompleksində bayram qeyd edilib. Kompleksin tələbələri və müəllimlərinin iştirakı ilə teatr səhnəcəyi nümayiş olunub. Bayram proqramına musiqi festivalı və xalq gəzintisi səhnələri, şən oyunlar, məzəli xalq mahnıları və rəqsləri daxildir.

Oxşar bayram tədbiri Azərbaycan Milli İncəsənət Muzeyində də keçirilib.

Qeyd edək ki, Maslenitsa qışla vidalaşmanın və təbiətin yenilənməsinin, yazın gəlişinin rəmzi olan ənənəvi slavyan bayramıdır. Bu il bayram fevralın 20-dən 26-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi