Bakıda klassik italyan-azərbaycan musiqisi konserti keçiriləcək

Bakıda klassik italyan-azərbaycan musiqisi konserti keçiriləcək Konsert Azərbaycan və İtaliya arasında musiqiçilərin mübadiləsi çərçivəsində baş tutacaq
Mədəniyyət siyasəti
20 Oktyabr , 2016 15:56
Bakıda klassik italyan-azərbaycan musiqisi konserti keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda klassik italyan-azərbaycan musiqisi konserti keçiriləcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutacaq.

Konsert Bakı Musiqi Akademiyası və Luici Kerubini Konservatoriyası arasında olan ERASMUS proqramı üzrə "Espressioned'Arte" Assosiasiyasının həyata keçirdiyi musiqiçilərin mübadiləsi çərçivəsində baş tutacaq. Layihənin məqsədi konservatoriyalar arasında əlaqələrin inkişafıdır.

Bu proqram çərçivəsində Bakı Musiqi Akademiyasının musiqiçilər noyabrın 1-dən 5-dək İtaliyada səfərdə olacaq və onlar Florensiyada və Romada yekun konsertlə çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi