Bakıda gənc fotoqrafların "Naməlum Qazaxıstan" sərgisi keçiriləcək

Bakıda gənc fotoqrafların "Naməlum Qazaxıstan" sərgisi keçiriləcək Tamaşaçılara Qazaxıstan haqqında 40 ən parlaq və effektli fotoşəkillər təqdim olunacaq
Mədəniyyət siyasəti
8 Dekabr , 2016 09:55
Bakıda gənc fotoqrafların Naməlum Qazaxıstan sərgisi keçiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti - Millətin Lideri Fondu tərəfindən təşkil olunan "Naməlum Qazaxıstan" foto layihəsinin açılışı olacaq.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi dekabrın 8-də Qazaxıstan Müstəqillik Günü münasibətilə keçiriləcək rəsmi qəbul çərçivəsində, eləcə də dekabrın 9-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutacaq.

Tamaşaçılara Qazaxıstan haqqında 40 ən parlaq və effektli fotoşəkillər təqdim olunacaq.

Ümumilikdə layihədə Qazaxıstanın bəzən insan ayağı da dəyməyən, az tanınan guşələrindən 3 mindən çox unikal kadr yer alıb.

Son xəbərlər

Orphus sistemi