Azərbaycanlı rəssam Nigar Nərimanbəyova Parisdə mükafata layiq görülüb

Azərbaycanlı rəssam Nigar Nərimanbəyova Parisdə mükafata layiq görülüb O, "Sevgi oyuncaqları" seriyasından olan yeni rəsm əsərlərini təqdim edib
Mədəniyyət siyasəti
3 Noyabr , 2016 17:37
Azərbaycanlı rəssam Nigar Nərimanbəyova Parisdə mükafata layiq görülüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində yerləşən dünya şöhrətli Luvr muzeyində "Art Şoppinq 2016" Beynəlxalq Müasir İncəsənət Sərgisinə yekun vurulub.

"Report"un məlumatına görə, sərgidə ölkəmizi Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızı, məşhur rəssam Nigar Nərimanbəyova təmsil edib.

Festivalın yekununda N.Nərimanbəyova "Sehrli qəribə kainatın yaradılması uğrunda" nominasiyasında münsiflər heyəti tərəfindən əsas mükafatlardan birinə layiq görülüb. Ona təqdim edilmiş diplom əfsanəvi Jorj Levi tərəfindən imzalanıb.

Azərbaycanlı rəssam "Sevgi oyuncaqları" seriyasından olan yeni rəsm əsərlərini təqdim edib.

N.Nərimanbəyovanın sözlərinə görə, "Sevgi oyuncaqları" rəsm əsərləri seriyası böyük münsiflər heyəti tərəfindən fərqləndirilib və 2017-ci ilin yanvar ayında Port Versalda keçiriləcək beynəlxalq sərgiyə dəvət alıb. Bu seriyaya daxil olan "Oyuncaq" rəsmi isə Parisdə keçiriləcək "ART EN CAPITAL 2017" sərgisində Avropa və dünyanın ən yaxşı rəssamlarının əl işləri arasında nümayiş olunacaq. 

Son xəbərlər

Orphus sistemi