Yuxarı

Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər

Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər
Festivalda bir sıra ölkələrdən 80-dən çox musiqiçi qatılacaq
© Gulf-Times

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanlı musiqiçilər aprelin 5-8-də Qətərdə keçiriləcək ikinci illik Ud Festivalında iştirak edəcəklər.

Bu barədə "Report" "Gulf-Times"a istinadən xəbər verir.

Festivala bir sıra ölkələrdən 80-dən çox musiqiçi, o cümlədən 6 qrup və 18 solo ifaçı qatılacaq. Belə ki, tədbirdə Küveyt, İspaniya, Türkiyə, Azərbaycan, İran, İndoneziya, Malayziya, İraq, Yaponiya, Yunanıstan, Oman, Mərakeş, Suriya və Tunis təmsil olunacaq.

Festival mədəniyyət, fəlsəfə və musiqinin inkişafına mühüm töhfələr vermiş məşhur İslam filosofu Əbu Nəsr əl-Fərabiyə ("İkinci Müəllim") həsr ediləcək.

Festivalın aprelin 5-də keçiriləcək açılış mərasimində Əl-Fərabi haqqında film nümayiş olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi