Azərbaycan Xalça Muzeyinin əməkdaşları təltif edilib - SİYAHI

Azərbaycan Xalça Muzeyinin əməkdaşları təltif edilib - SİYAHI ​Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Mədəniyyət siyasəti
27 Sentyabr , 2017 17:52
Azərbaycan Xalça Muzeyinin əməkdaşları təltif edilib - SİYAHI

Bakı. 27 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abasova Aygün Elşad qızı

Səlimov Yalçın Ramiz oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar rəssam”

Bəşirov Taryer Ağaveyis oğlu

“Əməkdar mədəniyyət işçisi”

Şirəliyeva Asya Əlimövsüm qızı.

Son xəbərlər

Orphus sistemi