Azərbaycan Xalça Muzeyi Rusiyanın Şərq Xalqları İncəsənəti Muzeyi ilə saziş imzalayıb

Azərbaycan Xalça Muzeyi Rusiyanın Şərq Xalqları İncəsənəti Muzeyi ilə saziş imzalayıb Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi Rusiyanın Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi imzalayıb.
Mədəniyyət siyasəti
31 May , 2018 10:36
Azərbaycan Xalça Muzeyi Rusiyanın Şərq Xalqları İncəsənəti Muzeyi ilə saziş imzalayıb
Report
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi Rusiyanın Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi imzalayıb. 

Xalça Muzeyindən "Report"a verilən xəbərə görə, sənədə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Vsevolodoviç Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imza atıb.

Sazişə əsasən, sözügedən muzeydə olan Azərbaycanın qədim mədəniyyət və incəsənət abidələrinin, o cümlədən zərgərlik məmulatları, qədim Azərbaycan xalçaları və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması, öyrənilməsi həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək.

Muzeylərarası əməkdaşlıq sazişinin nəticəsində maraqlı layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıldığnı deyib. O bildirib ki, sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir: “Zəngin kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların, o cümlədən məşhur Azərbaycan rəssamlarının əsərləri, həmçinin Azərbaycana aid sənət əsərləri, incəsənət nümunələri, xalça və xalça məmulatları sərgilənir. Həmin muzeydə xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponatlar saxlanılır. Həmin eksponatların atribusiyası, ikitərəfli sərgilərin təşkili, elmi araşdırmaların aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi mədəniyyətimiz üçün çox böyük addım olacaq”.

Son xəbərlər

Orphus sistemi