Bakı. 19 iyul. REPORT.AZ/ Almaniyada "Qafqaz - Gürcüstan və Azərbaycana kulinar səyahət" adlı kitabın alman dilinə tərcüməsi nəşr olunub.
"Report" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, kitabın müəllifi Ukrayna əsilli məşhur baş aşpaz Olqa Herkulesdir.
Kitab Almaniyanın "Knesebeck Verlag" ədəbi nəşriyyatında nəşr olunub.
Bununla da avropalı qurmanların Azərbaycan mətbəxinin reseptləri ilə alman dilində tanış olmaq imkanı olacaq.