Yuxarı

Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək

Azərbaycan Rusiyada keçiriləcək sərgidə iştirak edəcək

Moskva şəhərində fevralın 13-dən 16-dək keçiriləcək növbəti “Şərq bazarı: Araqçın” beynəlxalq mədəniyyətlər festivalı çərçivəsində “Qafqaz sərvətləri: Dağıstan, Azərbaycan, Gürcüstan tikiş, geyim məmulatı, qab-qacağı” adlı sərgi də təşkil olunacaq.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgidə ölkəmizin qədim güləbətin sənəti, üzərində nağıl quş təsvirləri olan incə naxışlı daraqqabı, möhürqabı, qayçıqabı kimi qədim məişət əşyalarının nümunələri təqdim olunacaq.

Qeyd edək ki, ənənəvi keçirilən “Şərq bazarı” festivalı hər dəfə ayrı-ayrı ölkənin və ya regionun mədəniyyətinə həsr olunur. Builki festival Qafqaz mədəniyyətini əks etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi