Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctima Birliyinə UNESCO-da məsləhətçi status verilib
Mədəniyyət siyasəti
6 Dekabr , 2016 20:52
Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

Bakı. 6 dekabr. REPORT.AZ/ UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin bu il noyabrın 28-də baş tutmuş 11-ci sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctima Birliyinin nümayəndəsi Qarabağ həqiqətlərindən danışıb.

İB-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, birliyin nümayəndəsi Fazil Qasımov simpoziumda “silahlı münaqişələrin mədəni irsə təsirləri” mövzusunda çıxış edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Azərbaycanın mədəni irsinin erməni vandalizminə məruz qaldığını auditoriyanın diqqətinə çatdırıb.

F.Qasımov çıxışında Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrildiyini, onların qeyri-maddi mədəni irsinin təcili qorunmağa ehtiyacı olduğunu vurğulayıb. Natiq Ermənistanın işğalçı siyasətinin Qafqaz regionunda sülhə, sabitliyə təhlükə yaratdığını, bölgədə yaşayan xalqlar arasında mədəniyyətlərarası dialoq imkanlarını məhdudlaşdırdığını söyləyib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-niniyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə UNESCO-da məsləhətçi status verilib.

Son xəbərlər

Orphus sistemi