Yuxarı

Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa ilə çıxış edəcək

Azərbaycan Dövlət Rus Dram Teatrı Tbilisidə tamaşa ilə çıxış edəcək

Tbilisi. 12 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabrın 22-də Tbilisidə “Осеняя соната” (“Payız sonatası”) tamaşası ilə çıxış edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səhnə əsəri A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdiriləcək.

Tamaşanı rejissor İlqar Səfat görkəmli isçevli teatr və kino rejissoru İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyub.

A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrından bildirilib ki, tamaşanın premyerası bu ilin yayında olub və artıq müasir teatr aləmində gözə çarpan hadisə olub.

Səhnə əsərində rolları Azərbaycanın xalq artistləri - Lyudmila Duxovnaya və Məbud Məhərrəmov, aktrisalar - Rumiya Ağayeva və Tamilla Abutalıbova ifa edirlər. Dekorasiyalar üzrə rəssam əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyumlar üzrə rəssam isə əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşaya biletlər artıq satışa çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi