Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan yubiley gecəsi keçirilib

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan yubiley gecəsi keçirilib Bakı. 24 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2018 09:38
Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan yubiley gecəsi keçirilib
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

Azərbaycanın Qazaxstandakı səfirliyindən "Report"a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə baş tutan yubiley gecəsində əvvəlcə sənətkar haqqında sənədli film nümayiş etdirilib.

Filmdə dahi bəstəkarın həyat və yaradıclığı, keçdiyi ömür yolu, əsərləri barədə danışılıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, bu musiqi axşamı təkcə Q.Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Qazaxıstanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, böyük bəstəkar Q.Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir: "Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir".

Mərasimdə çıxış edənlər bildiriblər ki, Qara Qarayevin yaradıcılıq irsi Azərbaycana və bütün dünyaya məxsusdur. Çünki o, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.

Sonra yubiley gecəsi konsert proqramı ilə davam edib. Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür.

Yubiley gecəsində bir sıra ölkələrin səfirləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi