Antalya. 20 noyabr.
"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir "İslahatçı Gənclər" İсtimai Birliyinin və Selik Bələdiyyəsinin birgə təşilatçılığı ilə baş tutub.
Filmin təqdimatında ziyalılar, hər iki ölkədən dəvət olunmuş millət vəkilləri, Antalyanın aktiv gəncləri, Selik rayon Bələdiyyəsinin sədri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Çıxışçılar ümummilli lider Heyər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının tarixin bütün dövrlərində var olduğunu deyib, Azərbaycan dövlətinin müstəqillik uğrunda verdiyi tarixi mübarizədən danışıblar.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxışında bu tarixi özündə yüsək peşəkarlıqla əks etdirən “Son İclas” filmindən danışıb, filmi Azərbaycan Xalq Cümhuriyyətinin 23 illik hakimiyyətinin bütün məqamlarını ortaya qoyan uğurlu ekran əsəri adlandırıb. O, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda Türkiyənin dəstəyinin də yer aldığının əks olunduğunu xüsusi vurğulayıb.
Selik rayon Bələdiyəsinin sədri Ramazan Çalık 100 il öncə Şərqdə ilk dəfə olaraq müstəqliyini elan edən Azərbaycanın bu tarixi keçmişinin qardaş Türkiyədə türk xalqına göstərilməsinin olduqca əhəmiyyətli olduğunu deyib. Bələdiyyə sədri son illər hər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq bağlarından danışıb, bütün çətinliklərə baxmayaraq, bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu bildirib.
Milli Məclisin deputatı Naqif Hamzəyev isə çıxışında Xalq Cümhuriyyətinin tarixi keçmişindən bəhs edib və bu müstəqillik süquta uğradıqdan sonra qardaş Türkiyənin bu mübarizənin fəal qəhrəmanı olan Azərbaycanın tarixi şəxsiyyətlərinə qucaq açdığını deyib. Millət vəkili çağdaş Azərbaycanın qurucusu ümummilli lider
Tədbir iştirakçıları “Son İclas” filmini böyük maraqla izləyib, filmin sonunda yenidən dalğalanan Azərbaycan bayrağını hər kəs ayaqda alqışlayıblar.
Sonra Azərbaycanın cümhuriyyət tarixindən bəhs edən fotolardan ibarət sərgi ilə tanışlıq olub.
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın gənc istedadlarının ifasında “Çırpınırdın Qara Dəniz” və bir çox vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Vüsalə Abbasova