Antalyada “Azərbaycan Xalq Cumhuriyyəti 101 yaşında” adlı tədbir keçirilib - FOTO

Antalyada “Azərbaycan Xalq Cumhuriyyəti 101 yaşında” adlı tədbir keçirilib - FOTO Türkiyənin Antalya şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti 101 yaşında” adlı tədbir keçirilib.
Mədəniyyət siyasəti
28 May , 2019 17:51
Antalyada “Azərbaycan Xalq Cumhuriyyəti 101 yaşında” adlı tədbir keçirilib - FOTO
Report

Türkiyənin Antalya şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti 101 yaşında” adlı tədbir keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Muratpaşa bələdiyyəsinin sədri Ümid Uysal, Antalyada yaşayan və təhsil alan azərbaycanlılar, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 1918-ci ildə mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixçəsindən danışılıb, çağdaş Azərbaycanın keşməkeşli və mübarizələrlə dolu keçmişindən söz açılıb.

Ü.Uysal isə çıxışında iki qardaş ölkənin öndərlərinin bütün zamanlarda bir-birinə arxa-dayaq olduğunu xatırladaraq Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları üçün ikinci vətən olduğunu deyib. Bələdiyyə sədri 101 illik şanlı Azərbaycan tarixini yazan xalqı da təbrik edib.

Mərasimdə Akdəniz Universitetinin azərbaycanlı tələbələrinin hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin Ankarada yaşadığı dövrlərdə azadlıq mübarizəsindən bəhs edən səhnəciklər nümayiş olunub.

Sonda Antalyada yaşayan azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, Sevil Çakar və Ceyran Səttarovanın ifasında Azərbaycanı şeirlər və musiqilər səsləndirilib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi