​Ankarada doktor Cavad Heyətin 90 illiyinə həsr olunan konfrans keçiriləcək

​Ankarada doktor Cavad Heyətin 90 illiyinə həsr olunan konfrans keçiriləcək Toplantı "Türkcənin varlığı üçün Türkologiya günü" toplantısı çərçivəsində gerçəkləşdiriləcək
Mədəniyyət siyasəti
22 Aprel , 2015 13:31
​Ankarada doktor Cavad Heyətin 90 illiyinə həsr olunan konfrans keçiriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Mayın 5-də Ankarada Azərbaycanın tanınmış ziyalısı, doktor Cavad Heyətin anadan olmasının 90 illiyinə həsr olunan elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda tədbirin təşkilatçıları məlumat yayıb.

Xəbərə görə, Ankara Universitetinin Çağdaş Türk ləhcələri və Ədəbiyyatı bölümünün hər il keçirdiyi "Türkcənin varlığı üçün Türkologiya günü" toplantısı türk dünyasının tanınmış elm və ictimai xadimi doktor Cavad Heyətə həsr ediləcək.

Məlumatda bildirilib ki, toplantı bu il mayın 5-də Ankara Universitetinin Dil və tarix-coğrafiya fakültəsində, Fərabi salonunda olacaq.

Son xəbərlər

Orphus sistemi