Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunur
Mədəniyyət
- 16 sentyabr, 2016
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 sentyabr. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, dəyişiklik layihəsi Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub. Layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.
4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Komitə sədri Rafael Hüseynov deyib ki, yaradıcılıq mühüm sahədir, burada hər hansı məhdudiyyət ola bilməz.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Son xəbərlər
17:55
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Maliyyə
17:50
Foto
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
Media
17:46
Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Digər ölkələr
17:38
Foto
Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib
Daxili siyasət
17:31
DİM: İstifadəçilər "Şəxsi kabinet"lərinə yalnız etibarlı cihazlardan daxil olmalıdırlar
Elm və təhsil
17:31
Foto
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
İnfrastruktur
17:15
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
Digər ölkələr
17:15
"Liverpul" Vircil van Deyk ilə müqavilənin müddətini uzada bilər
Futbol
17:14
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq
İnfrastruktur