Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün YUNESKO-nun 70 yaşı tamam olur. "Report" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO 16 noyabr 1945-ci il tarixində yaradılıb.
Təşkilatın Nizamnaməsi
Hazırda təşkilatın 195 həqiqi və 10 assosiativ üzvü var, mənzil-qərargahı Parisdə (Fransa) yerləşir. YUNESKO-nun hazırkı baş direktoru Bolqarıstanın keçmiş xarici işlər naziri İrina Bokovadır.
YUNESKO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.
YUNESKO-nun Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı var. Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans