Yuxarı
    Bağlamaq

    YUNESKO-da “Qobustan kölgələri” baletinin premyerası keçiriləcək

    YUNESKO-nun Baş Qərargahında Azərbaycan bəstəkarı Fərəc Qarayevin yaratdığı  baletin premyerası keçiriləcəkdir
    • Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də YUNESKO-nun Baş Qərargahında Azərbaycan YUNESKO yanında Daimi Nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bəstəkar Fərəc Qarayevin yaratdığı “Qobustan kölgələri” baletinin premyerası keçiriləcək. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyindən Report-a verilən məlumatına görə, baletin dörd hissəsində - “Od”, “Günəş”, “Ov” və “Rəssam” Qobustanda yaşamış ibtidai adamların həyatından bəhs edilir.
    • Bununla yanaşı, sentyabrın 15-19-da YUNESKO-nun “des Pas Perdus” sərgi zalında “Gobustan sivilizasiyaların şəfəqində” adlı Qobustan qayaüstü təsvirlərindən ibarət fotoşəkillər nümayiş etdiriləcək.
    • Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildən YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Qoruqda qayaüstü təsvirlər, mağaralar, və s. sərgilənir. 
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi