Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun
Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edəcək. Təqdimat mərasimində çıxış edən K.Abdulla bildirib ki, mədəniyyət portalı Bakı Slavyan Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Yaradıcılıq Fondunun mənəvi güzgüsü olacaq. O, yaradıcı şəxlərin bir-birilə münasibətlərinin bərpa olunmasının vacibliyindən də danışıb.
Tədbirdə qeyd olunub ki, portalda Azərbaycanda və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimlərilə müsahibələr, müzakirə və debatlar, dünya mədəni irsi ilə bağlı tərcümə materialları dərc olunacaq.
Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Yaradıcılıq Fondu adlanır.