Bolqarıstanın paytaxtı Sofiyada “Arşın mal alan” tamaşası nümayiş etdirilib.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında bildirib.
“Sofiyada bütün zamanların operettası - “Arşın mal alan” tamaşaya qoyuldu. Xalq melodiyalarına əsaslanan və klassik musiqinin çalarları ilə zənginləşdirilmiş valehedici musiqi. Dünya şöhrətli Azərbaycani bəstəkarı Üzeyir Hacıbəyovun şah əsəri böyük alqışlarla qarşılanıb”, - XİN rəmisi vurğulayıb.
An operetta for all time - ‘Arshin Mal Alan’ was staged in #Sofia. Fascinating music based on folk melodies & enriched with shades of classical music. Masterpiece of world famous #Azerbaijan/i composer Uzeyir Hajibeyov was given a big round of applause @AzEmbBulgariapic.twitter.com/kk2VSMSnY1