Türkiyənin mədəniyyət naziri Azərbaycana səfər edəcək

Türkiyənin mədəniyyət naziri Azərbaycana səfər edəcək Nazir Türkiyənin Mədəniyyət Günləri ilə əlaqədar tədbirlərdə iştirak edəcək
Mədəniyyət siyasəti
3 Noyabr , 2014 17:47
Türkiyənin mədəniyyət naziri Azərbaycana səfər edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin mədəniyyət naziri Ömər Çelik noyabr ayının 23-də Azərbaycana səfər edəcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, nazir Türkiyənin noyabr ayının 23-dən 27-nə kimi Bakıda keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana gələcək.

Ö.Çelik həmçinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə mədəniyyət sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi