Türkiyə Prezidenti Bakıda keçiriləcək qlobal forumda iştirak edəcək

Türkiyə Prezidenti Bakıda keçiriləcək qlobal forumda iştirak edəcək Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında olacaq
Mədəniyyət siyasəti
18 Aprel , 2016 09:34
Türkiyə Prezidenti Bakıda keçiriləcək qlobal forumda iştirak edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 

Son xəbərlər

Orphus sistemi