Teymur Mustafayev torpağa tapşırılıb - FOTO

Teymur Mustafayev torpağa tapşırılıb - FOTO
Mədəniyyət siyasəti
2441
12 İyun , 2020 09:54
Teymur Mustafayev torpağa tapşırılıb - FOTO

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

"Report"un Muğan bürosu xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.