Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi iyulun 7-dən etibarən fəaliyyətini bərpa edir.
Mədəniyyət siyasəti
1361
6 İyul , 2020 15:43
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi iyulun 7-dən etibarən fəaliyyətini bərpa edir.

“Report”un yerli bürosu xəbər verir ki, mədəniyyət ocağı ziyarətçilərini Gürcüstanın Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edəcək.

Muzeyə daxil olan qonaqların hərarəti ölçüləcək, əlcək və baxillər təqdim olunacaq.

Tibbi maskasız şəxslərin məkana daxil olmasına icazə verilməyəcək. Muzey dezinfeksiyaedici vasitələrlə də təmin olunub.

Qeyd edək ki, Gürcüstanda muzeylər koronavirus pandemiyası səbəbindən martın əvvəlindən bağlı olub.