Tahir Əmiraslanov: “Azərbaycanın qeyri-maddi irsinin mənimsənilməsinə qarşı mübarizəni davam etdirmək lazımdır”

Tahir Əmiraslanov: “Azərbaycanın qeyri-maddi irsinin mənimsənilməsinə qarşı mübarizəni davam etdirmək lazımdır” “Azərbaycan xalqının qeyri-maddi irs abidələrinin mənimsənilməsi cəhdlərinin qarşısının alınması üçün daim iş görmək lazımdır. Əzmkarlıq və metodik çalışma ilə belə nəticələr əldə etmək olar”.
Mədəniyyət siyasəti
31 Avqust , 2022 17:30
Tahir Əmiraslanov: “Azərbaycanın qeyri-maddi irsinin mənimsənilməsinə qarşı mübarizəni davam etdirmək lazımdır”

“Azərbaycan xalqının qeyri-maddi irs abidələrinin mənimsənilməsi cəhdlərinin qarşısının alınması üçün daim iş görmək lazımdır. Əzmkarlıq və metodik çalışma ilə belə nəticələr əldə etmək olar”.

Bunu “Report”a elə özünün yaratdığı Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov deyib.

Onun sözlərinə görə, belə uğurlu addımlara misal çəkmək də olar. “2005-ci ildə Avropa Şurasının yardımı ilə Azərbaycan və Ermənistan mətbəxinə aid bölmələri özündə əks etdirən “Avropanın kulinariya mədəniyyəti” adlı kitab nəşr olunmuşdu. Erməni mətbəxi ilə bağlı yazılar bizimkiləri çaşdırırdı. Düz 1 il 8 ay ərzində biz Mədəniyyət Nazirliyi ilə birlikdə Avropa Şurasına müraciətlər yazdıq və sonda məqsədimizə nail olduq. Məqalələrdə düzəlişlər edildi və Avropa Şurasının Baş katibi Terri Devis şəxsən bizdən üzr istədi”, - T.Əmiraslanov söyləyib.

Assosiasiya rəhbəri vurğulayıb ki, indi də ermənilər 200 təamdan ibarət siyahı hazırlayıblar və oraya Azərbaycan paxlavasını da salıblar: “Paxlavanın erməni mədəniyyətinin qeyri-maddi irsi siyahısına daxil edilməsi üçün onu UNESCO-ya təqdim etməyə çalışırlar. 1991-ci ildə xüsusi olaraq milli mətbəxin mədəni irs kimi öyrənilməsi və qorunub saxlanılması məqsədilə yaradılmış Azərbaycan Milli Kulinariya Mərkəzi bu kimi halların qarşısını almalıdır”.

“Hesab edirəm ki, məhz indi, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun dəyişdiyi bir vaxtda onun nəzdində ölkənin milli mətbəxinin hərtərəfli öyrənilməsi və tətbiqi məsələləri ilə məşğul olacaq Milli Kulinariya Elmi-Tədqiqat İnstitutunun yaradılmasının əsl vaxtı çatıb”, - məşhur kulinariya mütəxəssisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi