Tacikistanın mədəniyyət naziri Azərbaycana gələcək

Mədəniyyət siyasəti
  • 28 aprel, 2017
  • 06:47
Tacikistanın mədəniyyət naziri Azərbaycana gələcək

Bakı. 28 aprel. REPORT.AZ/ Tacikistanın mədəniyyət naziri Şəmsəddin Orumbekzodun Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu barədə "Report"a Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, nazir mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək, eləcə də Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.