Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda olub

Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda olub Bakı. 25 dekabr. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Mədəniyyət siyasəti
25 Dekabr , 2017 20:11
Şimali Kipr Türk Respublikasının təmsilçisi Musiqili Teatrda olub

Bakı. 25 dekabr. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonağı Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. 

Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Şimali Kipr Türk Respublikasına dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

"Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Şimali Kipr - Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. Düşünürəm ki, qarşılıqlı olaraq mədəni-kütləvi tədbirlər tez-tez keçirilməlidir", - Ufuk Turganer bildirib.

Son xəbərlər

Orphus sistemi