Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb Barelyef Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinova hazırlayıb
Mədəniyyət siyasəti
26 İyun , 2017 13:16
Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

Bakı. 26 iyun. REPORT.AZ/ Özbəkistanın Səmərqənd şəhərində tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, açılış mərasimi şəhərdə keçirilən "Azərbaycan mədəniyyət günləri" çərçivəsində baş tutub. 

Tədbirdə çıxış edən mərkəzinin rəhbəri Samir Abbasov heykəltaraş Eynulla Əliyev haqqında danışaraq, onun xidmətlərini yüksək qiymətləndirib.

Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspora təşkilatinin rəhbəri Adilağa Mirzəyev Səmərqənddə keçirilən "Azərbaycan Mədəniyyət günlərinin" olduqca faydalı olduğunu və milli mədəniyyətin təbliği istiqamətində yaxşı imkanlar açdığını vurğulayıb. 

Sonra Eynulla Əliyevin Səmərqənddə yaşadığı evinin üzərində barelyefinin açılışı olub. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinova hazırlayıb.

Qeyd edək ki, E.Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri olub və onun daş, mis, bürünc, ağacdan yaratdığı əsərlər nəinki Özbəkistanda, həmçinin Moskvadakı Tretyakov Qalereyasında və digər məşhur muzeylərdə saxlanılır.

Heykəltaraş E.Əliyev Özbək ədəbiyyatının dahi nümayəndəsi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan abidənin müəllifidir. O, Özbəkistanın Katta Kurqan şəhərində, Səmərqənd şəhərində, Akdarı və Payarı rayonlarında bir sıra heykəllərin müəllifidir, 1977-ci ildə isə Daşkənddəki "Mirzə Uluqbəy" metrostansiyasının döymə misdən dizaynını işləyərək ölməz əsərlər yaradıb. 

Son xəbərlər

Orphus sistemi